Suallar və cavablar

VolunTrack platforması haqqında ən çox soruşulan sualların cavabları.

Tez-tez verilən suallar

VolunTrack nədir və necə işləyir?

VolunTrack (voluntrack.site) — Bakıda yaradılmış, Azərbaycanda gənclər və tələbələr üçün könüllülük proqramlarını bir araya gətirən pulsuz platformadır. Bütün elanlar yoxlanılır və kateqoriyalara görə filtrlənir. Rəsmi Instagram səhifəmiz: @voluntrack.az. Eyni adlı digər layihələrlə əlaqəmiz yoxdur.

Platformadan istifadə ödənişlidirmi?

Xeyr, VolunTrack tamamilə pulsuzdur. Həm könüllülər üçün müraciət etmək, həm də təşkilatçılar üçün elan əlavə etmək 100% ödənişsizdir.

Könüllülük proqramına necə müraciət edə bilərəm?

Bəyəndiyiniz elanın səhifəsindəki "Müraciət et" düyməsinə klikləyin. Əgər hesabınıza daxil olmamısınızsa, sistem daxil olmağınızı istəyəcək, daha sonra müraciət şəxsi kabinetinizdə qeydə alınaraq rəsmi qeydiyyat linkinə yönləndiriləcəkdir.

Öz könüllülük elanımı necə yerləşdirə bilərəm?

Təşkilat hesabı ilə daxil olun, yuxarı paneldəki "+ Əlavə et" düyməsinə klikləyin və formanı doldurun. Göndərilən elan moderasiya növbəsinə düşür və moderator tərəfindən yoxlanıldıqdan sonra ana səhifədə dərc olunur.

Əlavə etdiyim elan niyə dərhal görünmür?

Keyfiyyəti qorumaq və saxta elanların qarşısını almaq üçün hər bir müraciət moderatorlarımız tərəfindən əllə nəzərdən keçirilir. Bu proses adətən bir neçə saat çəkir.

Cavab tapmadınız? Bizə yazın